"Neftçi" Səudiyyə Ərəbistanı klubuna qalib gəldi
Türkiyədə təlim-məşq toplanışında olan “Neftçi” bu gün hazırlıq çərçivəsində növbəti yoxlama matçına çıxıb. Bakılılar Səudiyyə Ərəbistanının “Əl-Faysali” klubu ilə görüşüb. Afyonkarahisar İdman Kompleksində baş tutan görüş "ağ-qaralar"ın qələbəsi ilə başa çatıb. Xatırladaq ki, "Neftçi" ilk yoxlama matçında Türkiyənin "Alanyaspor" klubu ilə 1:1 hesablı bərabərliyə razılaşmışdı.

Yoxlama oyunu
28 iyun

"Neftçi" - “Əl-Faysali” - 2:1
Qollar: Aylton, 20 (1:0). Melli, 90+2 (2:1).

"Neftçi" bu oyunda aşağıdakı heyətlə mübarizə aparıb: Aqil Məmmədov, Melli, Elvin Bədəlov (Borislav Stoyçev, 46), Kamal Qurbanov (Məqsəd İsayev, 65), Aylton, Erik Ramos, Kaue, Rəhman Hacıyev, Araz Abdullayev (Fəhmin Muradbəyli, 88), Samir Məsimov, Məhəmməd Qurbanov (Ruslan Qurbanov, 46).


Xəbər 735 dəfə oxundu.