“Neftçi" idman klubunun cüdoçuları beynəlxalq reytinq cədvəlində ön pillədə yer alıblar
Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb.

Milli komandamızın heyətində yer alan "Neftçi İdman Klubu" İctimai Birliyinin cüdoçuları Orxan Səfərov (60 kq) və Rüstəm Orucov (73 kq) reytinq cədvəlində liderliyi qoruyublar. Onlar öz çəkilərində yenə də hamıdan irəlidə qərarlaşıblar.

Klubun daha bir üzvü Elmar Qasımov (100 kq) isə ikinci yerdədir.

Cüdo idman növündə Olimpiadaya lisenziya reytinq xalına əsasən verilir.

Xəbər 796 dəfə oxundu.