Arazın o tayından şad xəbər
İran Pro Liqasında XXI turun matçları keçirilir. İdman.com.az xəbər verir ki, Arazın bu tayındakı azərbaycanlıların da azarkeşlik etdiyi “Traktorsazi” klubu Təbrizdə Gilan “Damaş”ını qonaq edib.

Gərgin və maraqlı mübarizədə “ağ-qırmızılar” 3:1 qalib gəliblər. Hesabı 31-ci dəqiqədə rəqib açsa da, Təbriz klubu sonrakı dəqiqələrdə “Qəbələ”nin sabiq oyunçusu Fərzad Hatəmi, braziliyalı Rodriginyo və portuqaliyalı Flavinyonun qolları ilə qələbə qazanıb.

İndi 39 xal toplayan “Traktorsazi” yarış cədvəlinin 2-ci pilləsində qərarlaşıb və lider “İstiqlal”dan bir xal geridədir. Tehran klubu bu tur “Fəcr”ə uduzub. “Traktorsazi”nin əsas rəqibləri 3-4-cü pillələrdə qərarlaşmış “Neft”lə “Səba Qum”un 36-ı xalı var və onlar XXI turun matçına bu gün çıxacaqlar.

Xəbər 1086 dəfə oxundu.