Zaqatalada Respublika şahmat olimpiadası keçirilib
05–16 iyul tarixlərində Zaqatala rayonunda 16 yaşadək gənc oğlan və qızları arasında Respublika şahmat olimpiadası keçirilib.

On iki gün gərgin idman mübarizəsi şəraitində davam edən yarışda A və B turnirlərində Sumqayıt şahmat məktəbinin hər iki komandası gümüş medal qazanıb. Şəxsi yarışlarda isə Ləman Hüseynova (14 yaş) birinci, Murad İbrahimli (14 yaş) və Fərhad Fərhadlı (12 yaş) üçüncü yerləri tutublar.

Xəbər 765 dəfə oxundu.