Yeniyetmə və gənclər arasında Azərbaycan kuboku keçirilib
19-21 iyul tarixlərində Şağan Olimpiya İdman Kompleksində sambo üzrə yeniyetmə və gənclər arasında Azərbaycan kuboku keçirilib. Ölkənin ayrı-ayrı şəhər və rayonlarından 400-ə yaxın idmançı qalib adı uğrunda mübarizəyə qatılıb

Ölkə kubokunda şəhər samboçuları bütün yaş qrupları üzrə 8 qızıl, 5 gümüş, 12 bürünc olmaqla ümumilikdə 25 medal qazanıblar. Belə ki, yeniyetmələr arasında Nəriman Əhmədov (56kq), gənclər arasında Əliş Yusifov (52kq), Əmrah Bayramov (62kq), Ceyhun Babakişiyev (82kq), kişilər arasında isə Mehman Xəlilov (57kq), Elgün Müslümov (68kq), Xaliq Cəfərov (100kq) və Qurban Məmmədli (+100kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Yarışın qalib və mükafatçıları Gənclər və İdman Naziriliyi və Azərbaycan Sambo Federasiyası tərəfindən medal fəxri fərman və hədiyyələrlə təltif ediliblər.

Xəbər 832 dəfə oxundu.