Sumqayıt cüdoçularının növbəti uğuru
03-05 iyul tarixlərində Bolqarıstanın Sofiya şəhərində keçirilmiş cüdo üzrə yeniyetmələr arasında Avropa birinciliyində milli yığma komandanın tərkibində cıxış edən Sumqayıt cüdo məktəbinin yetirmələri uğurla iştirak edib.

2 saylı Uşaq Gənclər İdman məktəbinin xanım cüdoçusu Şəhanə Hacıyeva (40kq) ardıcıl olaraq Ukrayna, Rusiya, Böyük Britaniya və Rumıniyalı rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Onun komanda yoldaşı “Təhsil” Respublika İdman Mərkəzi Sumqayıt Filialının cüdoçusu İsmayıl İbrahimov (60kq) isə Avropa birinciliyinin bürünc mükafatına layiq görülüb.

Ümumilikdə bu idman növü üzrə qitə birinciliyində ölkə idmançıları 2 qızıl və 1 bürünc medal əldə ediblər ki, bu medalların 1 qızıl və bürünc medalı Sumqayıt idmançıları tərəfindən qazanılıb.

Xəbər 960 dəfə oxundu.