“WTA International” seriyalı “Baku Cup-2015” turnirinin dördüncü gününün yarışları başlayıb
İyulun 29-da qadınlar arasında “WTA International” seriyalı “Baku Cup-2015” turnirinin dördüncü gününün yarışları başlayıb.

Gün ərzində 10 oyun keçiriləcək. İsveçrəli tennisçi Ştefani Feqele və italiyalı Karin Knapp, həmçinin Danka Koviniç (Monteneqro) və Yevgeniya Rodina (Rusiya) ikinci raunda çıxmaq uğrunda mübarizə aparacaqlar. Çin, Xorvatiya, Rusiya, Ukrayna, Çex, Yaponiya, Rumıniya və Türkiyə təmsilçiləri isə dörddəbir finalda iştirak hüququ qazanmaq uğrunda yarışacaqlar.

Xəbər 1947 dəfə oxundu.