“Qəbələ” futbolçuları “Apollon” komandası ilə ilk oyun üçün Kiprə yollanıb
UEFA Avropa Liqası yarışlarının üçüncü təsnifat mərhələsində Kiprin “Apollon” komandası ilə qarşılaşacaq “Qəbələ” ilk oyunun Bakıdakı hazırlıqlarını başa vurub. Üç gündür paytaxtda məşq edən komanda hazırlıqların bu mərhələsini başa çatdırıb.

İyulun 29-da səhər Kiprin Nikosiya şəhərinə yollanan “Qəbələ” futbolçuları bu ölkədəki “Hilton Nikosia” otelində yerləşəcəklər. Azərbaycan təmsilçisi iyulun 30-da keçiriləcək qarşılaşmadan əvvəl son məşqinə çıxacaq. Hazırlıq görüşün baş tutacağı Larnakadakı “Antonis Papadopulos” stadionunda gerçəkləşəcək. Məşq Bakı vaxtı ilə 23:00-da başlayacaq. Saat 22:30-da isə komandanın baş məşqçisi Roman Qriqorçukun mətbuat konfransı təşkil olunacaq.

Ukraynalı baş hakim Sergey Boykonun idarə edəcəyi matç iyulun 30-da Bakı vaxtı ilə saat 22:00-da Larnakadakı “Antonis Papadopulos” stadionunda başlayacaq.

Bakıdakı “Bakcell Arena”da keçiriləcək cavab görüşü isə avqustun 6-da saat 21:00-da başlayacaq.

Xəbər 844 dəfə oxundu.