Rusiya tennisçisi “Baku Cup-2015” turnirinin ikinci raunduna vəsiqə qazanıb
Bakı turnirinin 7-ci raketkası Vitaliya Diaçenko ikinci raunda yüksəlib. Rusiya təmsilçisi və özbəkistanlı Nigina Abduraimova arasında 1 saat 22 dəqiqə davam edən görüşün yekununda V.Diaçenko 6:3 və 6:4 hesablı qələbə qazanıb.

V.Diaçenkonun ikinci raunddakı rəqibi mərkəzi korta sonuncu çıxacaq Çağla Büyükakçay (Türkiyə)-Kirsten Flipkens (Belçika) görüşünün qalibi olacaq.

Ukrayna təmsilçisi Katerina Bondarenko ikinci raunda yüksəlib. K.Bondarenko Rusiya idmançısı Valentina İvaxnenkodan üstün olub.

Bir saat 24 dəqiqə davam edən görüş K.Bondarenkonun 6:1 və 6:2 hesablı qələbəsi ilə yekunlaşıb. İkinci raundda ukraynalı tennisçi turnirin lideri Anastasia Pavlyuçenkova (Rusiya) ilə qarşılaşacaq.

Valentina İvaxnenko təsnifat mərhələsindən keçərək turnirin əsas hissəsinə vəsiqə qazanmışdı.

Xəbər 1962 dəfə oxundu.