Romanın 5 futbolçusu İndoneziyaya buraxılmadı
Romanın 5 futbolçusuna İndoneziyaya daxil olmağa icazə verilməyib. Komanda bu ölkəyə təlim məşq toplanışına yollanıb.


Bu futbolçular Seydu Dumbiya , Jervinyo , İbarbo , Antonio Sanabriya və Adem Lyaiçdir. Viza verilməməsinin səbəbi naməlum olaraq qalır.


Hazırda bu beş futbolçu İtaliyaya qayıtmaqdadır. Digər futbolçular isə İndoneziyada turneni davam etdirəcəklər.

Xəbər 739 dəfə oxundu.