"Rabitə"nin keçmiş oyunçusu Türkiyədə oynayacaq
“Rabitə”nin sabiq voleybolçusu Sanya Staroviç karyerasını aşağı divizionda davam etdirəcək. Son mövsümü “Beşiktaş”da oynayan 32 yaşlı serbiyalı hücumçu Türkiyənin “Balıkesir” klubu ilə danışıqları müsbət yekunlaşdırıb.

O, II Liqada oynayan komanda ilə 1 illik müqaviləyə imza atıb. Qeyd edək ki, 2008-ci ildən Bakı klubunun şərəfini qoruyan və 2013/2014 mövsümdə kapitan sarğısını daşıyan Staroviç “Rabitə” ilə 6 dəfə Azərbaycan, 1 dəfə dünya çempionu adını qazanıb. O, həmçinin təmsilçimizin heyətində 1 dəfə mundialın və 2 dəfə Çempionlar Liqasının gümüş medalına yiyələnib.

Xəbər 741 dəfə oxundu.