Ağdamın “Qarabağ” futbol klubu UEFA-nın reytinq cədvəlində altı pillə irəliləyib
UEFA futbol klublarının yeni reytinq siyahısını açıqlayıb.

456komandanın yer aldığı siyahıda ən yaxşı göstəriciyə malik Azərbaycan klubu “Qarabağ”dır. Cari mövsümdə 1,7750 xal toplayan Ağdam təmsilçisi son 5 ilin nəticələrinə əsasən, Avropa klubları arasında 133-cü sırada qərarlaşıb. Baş məşqçi Qurban Qurbanovun yetirmələrinin hesabında 11,375 xal vardır.

Ötən həftə reytinq cədvəlində 139-cu pillədə qərarlaşan “Qarabağ” Çempionlar Liqası yarışlarının ikinci təsnifat mərhələsində Monteneqronun “Rudar” komandasını turnirdən kənarlaşdırıb. Bunun nəticəsində Azərbaycan çempionu altı pilləlik irəliləyişə nail olub.

“Qarabağ” Fransa təmsilçiləri “Soşo”, “Nitsa”, Moldovanın “Şerif”, Türkiyənin “Bursaspor”, Danimarkanın “Nordsyelland” və Rumıniyanın “Vaslui” klublarını geridə qoyub.

Digər klublarımızdan “Neftçi” (9,125) 158-ci, “İnter” (4,375) 274-cü, “Xəzər-Lənkəran” (3,875) 290-cı, “Qəbələ” (3,125) 329-cu, “Bakı” və AZAL (hər ikisi 2,625) 354-cü pillədə qərarlaşıb.

Xəbər 816 dəfə oxundu.