“Atom” klubunun direktoru: “Rabitə” keçilməz rəqibdir
“Azərbaycan klubu Avropa Çempionlar Liqasının bir nömrəli favoritidir”. İdman.com saytı apasport.az-a istinadən xəbər verir ki, bu açıqlamanı Polşanın “Atom” voleybol klubunun direktoru Qriqori Zyeqa verib.

Sopot təmsilçisi 1/8 finaldp “Rabitə” ilə qarşılaşacaqlarına görə təəssüf hissi keçirib. Ötən mövsüm Azərbaycan çempionunun Polşanın digər komandası “Bank Fakro”ya asanlıqla qalib gəlməsini xatırlayan Zyeqa bildirib ki, Bakı voleybolçuları ilə oyun çox çətin olacaq: “Fikrimcə, “Rabitə” “dördlər finalı”na vəsiqə qazanacaq. Bu komandanı çox yaxşı tanıyıram və onların zəif nöqtələri yoxdur. Kimberli Qlass, Nataşa Osmokroviç və Natalya Məmmədova “Rabitə”nin əsas “silahları” hesab olunurlar”.

Klub rəsmisinin sözünə görə, o, “Rabitə”nin baş məşqçisi Zoran Qayiçlə yaxın dostdurlar: “Etiraf edim ki, mən serbiyalı mütəxəssislə çox yaxın dostam. Amma bunun oyuna heç bir adiyyatı yoxdur. “Rabitə” ilə dueldə rəqibə böyük hörmətlə yanaşıb, lakin həddən artıq qorxmamalıq. Sürpriz etməyə çalışmalıyıq”
Qeyd edək ki, “Rabitə” ilk oyunu səfərdə, cavab matçını isə Bakıda keçirəcək.

Xəbər 1205 dəfə oxundu.