Fövqəladə Hallar Nazirliyinin komandasının üzvü sambo üzrə çempionatın qalibi olub
Şağan İdman Olimpiya Kompleksində yeniyetmələr, gənclər və böyüklər arasında sambo üzrə Azərbaycan kuboku yarışları keçirilib.

Çempionatda 32 komandanın heyətində 500-dək idmançı iştirak edib.

Yarışda Fövqəladə Hallar Nazirliyinin komandasının üzvü Elçin Heybətov 81 kiloqram çəki dərəcəsində bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

AZƏRTAC

Xəbər 1690 dəfə oxundu.