Emin Quliyevin "Rəvan"dakı köməkçiləri müəyyənləşdi
“Rəvan”ın əsas komandasının yeni baş məşqçisi müəyyənləşib. Kollektiv milli komandamızın sabiq futbolçusu Emin Quliyevə həvalə olunub. Artıq 38 yaşlı mütəxəssisin köməkçiləri də bəllidir. Ona Rövşən Babayevlə Rauf Mehdiyev yardım edəcəklər.

Qeyd edək ki, yeni məşqçilər korpusunun hər bir üzvü ilə 1 illik müqavilə bağlanılıb.

Xəbər 748 dəfə oxundu.