"Kəpəz"in Türkiyədəki növbəti rəqibləri bəlli oldu
Türkiyədə təlim-məşq toplanışında olan "Kəpəz"in yoxlama oyunu keçirəcəyi növbəti rəqibləri müəyyənləşib. Ərzurumda hazırlıq keçən Gəncə təmsilçisi Gürcüstan və Türkiyə klubları ilə qarşılaşacaq.

Şahin Diniyevin komandası öncə iyulun 23-də Gürcüstanın "Şukura" klubu ilə münasibətlərinə aydınlıq gətirəcək. Ayın 25-də isə Türkiyənin "Göztəpə" komandası ilə sınaq matçı baş tutacaq.

Qeyd edək ki, "Kəpəz" Türkiyədəki ilk yoxlama oyununda yerli "1461 Trabzon" klubuna 1:0 hesabıyla qalib gəlmişdi.

Xəbər 730 dəfə oxundu.