Futbol üzrə Azərbaycan çempionunun Monteneqro sınağı
İyulun 22-də futbol üzrə Çempionlar Liqası yarışlarının ikinci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində Azərbaycan çempionu “Qarabağ” Monteneqronun “Rudar” komandası ilə qarşılaşacaq.

Monteneqrodakı “Pod Malim Brdom” stadionunda keçiriləcək matçı bolqarıstanlı referi Georgi Kabakov idarə edəcək. Ona Martin Marqaritov, Martin Venev və Nikolay Yordanov kömək edəcəklər.

Bakı vaxtı ilə saat 23:45-də başlayacaq oyunun hakim-inspektoru Françesko Byanki (İsveçrə), UEFA nümayəndəsi isə sloveniyalı Tuqomir Frayman olacaq.

Komandalar arasında Bakıda keçirilən ilk oyunda hesab açılmamışdı.

Xəbər 765 dəfə oxundu.