"Xəzər-lənkəran"ın sonuncu rəqibi müəyyənləşdi
Türkiyə toplanışı çərçivəsində bu gün “Kayserispor”la yoxlama oyunu keçirəcək “Xəzər Lənkəran”ın növbəti sparrinq rəqibinin də adı bəlli olub. “Ağ-yaşıllar” qardaş ölkədə sonuncu oyunlarını da yerli komandaya qarşı keçirəcəklər.

Belə ki, Yunis Hüseynovun yetirmələri III liqa təmsilçisi “Derincespor”la qarşılaşacaq. Görüş iyulun 24-də, “Xəzər Lənkəran”ın Kapadokiya bölgəsində qaldığı otelin stadionunda baş tutacaq. Bu oyunla Türkiyə toplanışını başa çatdıracaq cənub klubu ayın 25-də Azərbaycana qayıdacaq.

Qeyd edək ki, “Xəzər Lənkəran” Türkiyədə keçirdiyi əvvəlki yoxlama görüşlərində “Niğdespor” (1:0) və “Antalya Kunduspor”a (8:1) qalib gəlib, “Kasımpaşa”ya isə məğlub olub (0:2).

Xəbər 699 dəfə oxundu.