"Kəpəz" Türkiyə klubuna qalib gəldi
Yeni mövsümə Türkiyədə hazırlaşan "Kəpəz" Ərzurum toplanışı çərçivəsində ilk yoxlama matçına çıxıb. Gəncə klubu PTT 1-ci liqada çıxış edən "1461 Trabzon"la qarşılaşıb. Matç Şahin Diniyevin komandasının 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, "Kəpəz" növbəti yoxlama oyunlarını iyulun 23 və 25-də keçirəcək.

Xəbər 713 dəfə oxundu.