“Zirə” klubu Gürcüstan komandaları ilə yoxlama oyununda qüvvəsini sınayacaq
“Zirə” futbol klubu Premyer liqaya hazırlığın ikinci mərhələsini Türkiyədə davam etdirir.

Ərzurum toplanışı çərçivəsində komandanın yoxlama görüşlərinin ikisinin vaxtı və rəqiblərin adı məlum olub. Belə ki, “Zirə” iyulun 21-də Gürcüstanın “Şukura”, dörd gün sonra isə “Samtredia” klubu ilə qarşılaşacaq. Hər iki klub ölkəsində güclülər dəstəsində mübarizə aparır və “Şukura” son mövsümü 7-ci “Samtredia” isı 6-cı pillədə başa vurub.

“Zirə”nin növbəti yoxlama oyununun iyulun 29-da keçirilməsi planlaşdırılır. Rəqibin hansı komanda olacağı isə hələ dəqiq deyil.

Xəbər 773 dəfə oxundu.