“US Open” turnirinin mükafat fondu 40 milyon dollardan çox olacaq
Bu il tennis üzrə “US Open” turnirinin mükafat fondu ötən illə müqayisədə 10,5 faiz artaraq 42,3 milyon dollar təşkil edəcək. Qadın və kişi tennisçilərin fərdi yarışlarının qaliblərinin hər biri 3,3 milyon dollar qazanacaq. Bu rəqəmin artacağı istisna deyil.

Fərdi yarışlarda ikinci yeri tutan idmançılar hərəyə 1,6 milyon dollar qazanacaqlar. Cütlüklər arasında yarışların qalibi olmuş komanda 570 min, finala çıxan komandaların hər biri 275 min dollar alacaq.

Qeyd edək ki, “US Open” turnirinin mükafat fondu son üç ildə 67 faiz artıb. 2017-ci il üçün mükafat fondunun təqribən 50 milyon dollara çatdırılması planlaşdırılır.

Xəbər 2454 dəfə oxundu.