"Qarabağ" Monteneqroda
Çempionlar Liqasının II təsnifat mərhələsində "Rudar"la cavab görüşünə çıxacaq “Qarabağ” artıq Monteneqrodadır. Dünən saat 18:30-da ölkəmizi tərk edib, Bakı-Podqoritsa reysi ilə hərəkət edən komanda 4 saatlıq uçuşdan sonra Monteneqronun paytaxtına çatıb.

Podqoritsadan məskunlaşacağı Beçiçiyaya avtobusla yollanan Ağdam təmsilçisi 1 saatlıq yol qət etdikdən sonra otelə çatıb. Komanda Bakı vaxtı ilə 00:00 axşam yeməyindən sonra istirahətə çəkilib. Bu gün Qurban Qurbanovun yetirmələri oyunun keçiriləcəyi arenada sonuncu məşqinə çıxacaq. Çalışma saat 23:30-da start götürəcək.

Qeyd edək ki, Azərbaycan və Monteneqro çempionları arasındakı ilk oyun 0:0 hesabı ilə başa çatıb.

Xəbər 784 dəfə oxundu.