“Rudar” – “Qarabağ” futbol oyununu bolqarıstanlı hakimlər briqadası idarə edəcək | |
Futbol üzrə Çempionlar Liqası yarışlarının ikinci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək "Rudar" (Monteneqro) – “Qarabağ” (Ağdam) oyununun hakimləri açıqlanıb. İyulun 22-də Monteneqrodakı “Pod Malim Brdom” stadionunda keçiriləcək matçı bolqarıstanlı referi Georgi Kabakov idarə edəcək. Ona Martin Marqaritov, Martin Venev və Nikolay Yordanov kömək edəcəklər. Bakı vaxtı ilə saat 23:45-də başlayacaq oyunun hakim-inspektoru Françesko Byanki (İsveçrə), UEFA nümayəndəsi isə sloveniyalı Tuqomir Frayman olacaq. Komandalar arasında Bakıda təşkil olunan oyunda hesab açılmamışdı. |
|
Xəbər 782 dəfə oxundu. |
|
|