Sterlinq Mançester Sitidə 7 nömrə ilə oynayacaq
«Mançester Siti» rəsmən Rəhim Sterlinqlə müqavilə imzaladığını bəyan edib.

Futbolçunun sözləşməsi 5 illiyinə nəzərdə tutulub.

Sterlinq üçün Liverpula 49 milyon funt sterlinq ödəniləcək.Bununla da o , İngiltərə futbolu tarixinin ən bahalı transferi ünvanına sahib çıxıb.Sterlinq yeni komandasında 7 nömrəli forma ilə çıxış edəcək.

Xəbər 832 dəfə oxundu.