Çimərlik futbolu üzrə “Zirvə Kuboku” başa çatıb
“Zirvə” Beynəlxalq İdman Klubunun və Cənub Regional Futbol Federasiyasının birgə təşəbbüsü ilə Astarada keçirilən çimərlik futbolu üzrə “Zirvə Kuboku” başa çatıb.

Turnirdə Lənkəran, Masallı, Cəlilabad, Lerik və Bakıdan 2002-2003-cü il təvəllüdlü idmançılardan ibarət 14 komanda iştirak edib.

2002-ci il təvəllüdlü futbolçular arasında yarışlar Lənkəranın “Zirvə” komandasının qələbəsi ilə başa çatıb. Zirvəlilər finalda cəlilabadlı yaşıdlarını məğlubiyyətə uğradıblar.

2003-cü il təvəllüdlü iştirakçılar arasında Bakı idmançıları birinci olublar. Onlar lənkəranlı yaşıdlarına qalib gəliblər.

Qaliblərə və mükafatçılara medal və diplomlar təqdim olunub. Qeyd edək ki, gələcəkdə bu turnirə ənənəvi yarış statusu vermək planlaşdırılır.

Xəbər 823 dəfə oxundu.