Bu gün “Qəbələ” futbol klubu səfərdə Serbiyanın “Çukariçki” komandasının qonağı olacaq
Futbol üzrə UEFA Avropa Liqası yarışlarının ikinci təsnifat mərhələsinin ilk oyunları çərçivəsində iyulun 16-da “Qəbələ” komandası səfərdə Serbiyanın “Çukariçki” kollektivinin qonağı olacaq.

Belqraddakı “Çukariçki” stadionunda keçiriləcək oyunun baş hakimi rumıniyalı Radu Petresku olacaq. Ona həmyerliləri Ovidiu Artene, Vladimir Urzika və Marsel Birsan kömək edəcəklər.

Bakı vaxtı ilə saat 23:30-da başlayacaq matçın UEFA nümayəndəsi portuqaliyalı Joze Gilyerme Aguiar, hakim-inspektoru isə Albaniya təmsilçisi Plarent Kotherja olacaqdır.

Xəbər 761 dəfə oxundu.