Migel Naydorfun xatirəsinə həsr olunmuş beynəlxalq şahmat festivalı
Polşanın paytaxtı Varşavada beynəlxalq qrossmeyster Migel Naydorfun xatirəsinə həsr olunmuş şahmat festivalı davam edir. Festivalda Azərbaycanla yanaşı 16 ölkədən 28 qrossmeyster daxil olmaqla, ümumilikdə 84 şahmatçı iştirak edir.Ölkəmizi bu festivalda Eltac Səfərli, Vasif Durarbəyli və Ülvi Bacarani təmsil edirlər. Yarış İsveçrə sistemi üzrə keçirilir və 9 turdan ibarətdir.

5-ci turda Eltac Səfərli yerli şahmatçı Tomas Varakomski üzərində qələbə qazanaraq aktivindəki xalların sayını 4-ə çatdırıb.

Vasif Durarbəyli isə Bolqarıstan təmsilçisi İvan Çeparinova məğlub olub.Ülvi Bacarani və Polşalı Aleksandr Çernovski qarşılaşması isə 2-ci tərəfin xeyrinə başa çatıb.

5 turdan sonra Eltac Səfərli 4 xalla 3-9-cu yerləri bölüşdürərək,əlavə göstəricilərə görə 5-ci pilənin sahibidir.Vasif Durarbəyli 3.5 xal toplayaraq 13-cü,Ülvi Bacrani isə 2.5 xalla 37-ci pillədə qərarlaşıb. Turnirin vahid lideri 5 oyundan 5 xal toplayan Latviya təmsilçisi İqor Kovalenkodur.

6-cı turda həmyerlilərimiz Polşa şahmatçıları ilə qarşılaşacaqlar. Vasif Durarbəyli Yacek Tomcak, Eltac Səfərli Tomas Markovski, Ülvi Bacarani isə Silvester Bednarek ilə üz-üzə gələcək.

Xəbər 747 dəfə oxundu.