Xavi:"Kasilyasın başına gələnlər İspaniyanı düşündürməlidir
Barselonanın keçmiş yarımmüdafiəçisi Kasilyasla bağlı hadisələrə münasibətini bildirib.La Vanguardia qəzetində dərc edilən açıq məktubda bunlar yazılır:
«Kasilyasın başına gələnlər məni çox kədərləndiir. Son illərdə onun futboldan zövq almadığını hiss edirdim.Onu qəmgin və kədərli görürdüm. İspaniya tarixinin ən güclü idmançısı Rafael Nadalın da hazırda vəziyyəti eynidir.Eyni zamanda Buffona da baxıram. 37 yaşı olmasına baxmayaraq futboldan zövq alır.İker isə son illərdə dahi qapıçı olduğunu sübut etmək məcburiyətində qalmışdı.Əminəm ki, Portoda onu qəhrəman kimi qarşılayacaqlar».

Xatırladaq ki, Kasilyasın Realdan Portoya keçidi birmənalı qarşılanmayıb. Çoxları bu keçiddə Peresi günahlandırır. Lakin prezidentin özü Kasilyasın qalmasını istədiyini bəyan edib.

Xəbər 736 dəfə oxundu.