Kamran Ağayev yenidən Türkiyə birinci liqasında oynaya bilər
Azərbaycan yığmasının qapıçısı Kamran Ağayev yeni mövsümdən yenə Türkiyənin PTT 1-ci liqa klubunda çıxış edə bilər. Onunla "Karşıyaka" yaxından maraqlanır. Son mövsümdə 1-ci liqada 9-cu olmuş bu komanda hazırda qapıçı axtarışındadır. Məşqçilər korpusunun siyahısında yer alan qolkiperlərdən biri də Kamrandır.
Hazırda tərəflər arasında danışıqların davam etdiyi bildirilir.

Qeyd edək ki, Ağayev son mövsümü PTT 1-ci liqanın çempionu olaraq Super Liqaya vəsiqə əldə edən "Kayserispor"da keçirsə də, mövsüm başa çatandan sonra komanda ilə yollarını ayırmışdı.


Xəbər 729 dəfə oxundu.