“Zirvə” beynəlxalq idman klubunun Ukraynadakı təmsilçiləri ölkə çempionatını 5 medalla başa vurublar
“Zirvə” beynəlxalq idman klubunun filialları fəaliyyət göstərdikləri ölkələrdə uğurla çıxış edirlər.

Klubun xüsusi fəallığı ilə seçilən Ukraynadakı təmsilçiləri Xerson vilayətinin Skadovsk şəhərində 23 yaşadək atletlər arasında keçirilən ölkə çempionatında beş medal qazanıblar.

Turnirdə 11 nəfərlik heyətlə çıxış edən “Jidaçiv-Zirvə” klubunun üzvləri Volodimir Qoza, Vitali Oleviç və Leonid Kubışkovski gümüş, Artur Qordişinski isə bürünc medal qazanıblar. Qadınların yarışında isə Diana Naqornyuk gümüş medala sahib olub.

Xəbər 930 dəfə oxundu.