"Batumi Kuboku 2015" beynəlxalq şahmat festivalı başa çatdı
Gürcüstanın Batumi şəhərində keçirilən “Batumi Kuboku 2015” beynəlxalq şahmat festivalı başa çatıb. Festivalda Azərbaycan,Türkiyə, Avstraliya, Ermənistan, İran, Ukrayna, Qazaxıstan, Özbəkistan və Gürcüstandan 14 qrossmeyster daxil olmaqla 282 şahmatçı iştirak edirdi. Yarış A, B və 8-10-12 yaşadək uşaqlar arasında keçirilirdi .Ölkəmzi bu yarışda 60 şahmatçı təmsil edirdi.

A qrupunda iştirak edən təmsilçilərimizdən Vüqar Rəsulov sonuncu turda Ermənistanlı Hovik Hayrapetyanla heç-heçə edərək aktivindəki xalların sayını 6-ya çatdırıb. Beləliklə, Rəsulov 2-8-ci yerələri bölüşdürərək, əlavə göstəricilərə görə 5-ci yerin sahibi olub. Turnirin qalibi adını isə 9 oyundan 6.5 xal toplayan Ukrayna şahmatçısı Aleksandr Bortnik qazanıb.

B qrupunda mübarizə aparan təmsilçilərimizdən Zaur Bayramov 9 oyundan 7 xal toplayaraq turnirin bürünc mükafatçısı olub. Bu qrupda mübarizə aparan digər həmyerlimiz Andrey Mustafin də 7 xal toplasada , əlavə göstəricilərə görə turnir cədvəlini 5-ci yerdə başa vurub.Fərid Aslanov , Tofiq Feyzullayev və Mustafa Məmmədov 6 xal toplayaraq 15-18-ci yerləri bölüşdürüblər.

12 yaşadək oğlanlar arasında Şahin Hacıyev aktivinə 5.5 xal yazaraq 8-ci pillənin sahibi olub.Elşad Quluzadə isə 5 xalla 10-15-ci yerləri bölüşdürərək , əlavə göstəricilərə görə 11-ci olub.

Eyni yaşadək qızların yarışında İsmayıl Mələk 9 oyundan 7 xal toplayaraq gümüş medala layiq görülüb.

10 yaşadək oğlanlar arasında həmyerlilərimizdən Emil Qocayev 6.5 xal toplayaraq 1-6-cı yerləri bölüşdürüb. Murad Musayev isə liderlərdən yarım xal az toplayaraq 5.5 xalla 7-ci olub. İbrahim Ələsgərli və Mirzəağa Məmmədzadə hərəyə 5.5 xal toplayaraq ilk onluqda qərarlaşıblar.

Raul Muxtarov 8 yaşadək oğlanların yarışında 7 xal toplayaraq 1-4-cü yerləri bölüşdürürb.Əlavə göstəricilərə görə Raul Muxtarov bürünc medala layiq görülüb.

8 yaşadək qızların mübarizəsində təmsilçilərimizdən Xumar Məhərəmmova 5 xalla 6-cı,Nuray Feyzullayeva 4.5 xalla 10-cu , Suada Abbaszadə isə 4 xalla 11-ci yerin sahibi olub.


Xəbər 668 dəfə oxundu.