“Kede” – “Neftçi” oyununda qalib müəyyənləşməyib
“Neftçi” futbol klubunun əvəzedici heyəti Gürcüstandakı təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama oyununu keçirib.

Komandamız Gürcüstan çempionatının birinci divizion təmsilçisi “Kede” kollektivi ilə qarşılaşıb. Görüş 1:1 hesabı ilə nəticələnib. Bahadır Həziyevin 78-ci dəqiqədə vurduğu qol sayəsində "Neftçi" önə keçsə də, rəqib sona 2 dəqiqə qalmış 11 metrlik penalti zərbəsi ilə hesabı bərabərləşdirib.

Xəbər 747 dəfə oxundu.