“Qəbələ” futbol klubunda yeni məşqçi
“Qəbələ” futbol klubunun əvəzedici komandasının baş məşqçisi Ramin Quliyevin köməkçisi və qapıçılarla işləyən məşqçisi müəyyənləşib.1

Bu vəzifələri müvafiq olaraq Elmar Baxşıyev və Vüqar Məmmədov icra edəcəklər. “Qəbələ”nin sabiq futbolçusu olan E.Baxşıyev komandanın məşqçilər korpusuna yeni təyin olunub. Məşqçilik karyerasına “Neftçi”nin U-19 komandasında başlayan 35 yaşlı çalışdırıcı “Qəbələ”nin əvəzedicilərini hazırlayacaq. E.Baxşıyev Premyer Liqada 268 matçda 9 qol vurub. 2004-2009-cu illərdə Azərbaycan millisinin formasını geyən orta sahə oyunçusu 32 qarşılaşmada iştirak edib.

2005-ci ildən “Qəbələ”də çalışan V.Məmmədov isə əvəzedici komandada fəaliyyətini davam etdirəcək. 2013-cü ilin yayından əvəzedici komandanın çalışdırıcısı olan mütəxəssis postunda qalıb. Futbolçu kimi “Kəpəz” (1985-1987, 1990-1995, 1996-2001-ci illər), MOİK (1987-1990) və “Şəmkir” (1995-1996-cı illər) klublarında çıxış edən 46 yaşlı V.Məmmədov 1994-1995-ci il mövsümündə Azərbaycan çempionu, 1993-1994-cü il mövsümündə kubok qazanıb.

Xəbər 750 dəfə oxundu.