Murad Ibrahimli vahid liderdir
Zaqatala şəhər Olimpiya - Idman Kompleksində keçirilən 16 yaşadək yeniyetmələrin Respublika Şahmat Olimpiadasında 6-cı turun oyunları başa çatıb .

6-cı turda Babək Cəfərli üzərində qələbə qazanan Murad İbrahimli aktivinə 6 xal yazaraq A qrupunda indiyədək məğlubedilməyən yeganə şahmatçıdır. Bu qrupda digər mübarizə aparan zəka sahiblərindən Rüstəm Bünyatov Şəhriyar İsgəndərovu məğlub edərək aktivindəki xalı beşə çatdıırıb. Fəqan Hüseynov və Sahil Mehrəliyev, Süsən Məmmədova və Ləman Hacıyeva qarşılaşması isə ikinci tərəflərin xeyrinə başa çatıb. Qara fiqurlarla oynayan Osman Sultanov isə Məhəmməd Kərimzadəyə qarşı mübarizə aparıb.Görüş Məhəmməd Kərimzadənin xeyrinə başa çatıb.

Beləliklə, 6 turdan sonra A qrupunda mübarizə aparan Murad İbrahimli 6 xal toplayaraq vahid liderdir. Rüstəm Bünyatov,Babək Cəfərli, Vüsal Həsənzadə, Süsən Məmmədova, Sahil Mehrəliyev, Kənan Əhədzadə və Məhəmməd Kərimzadə hərəyə 5 xal toplayaraq 2-8-ci yerləri bölüşdürürlər.

B qrupunda isə 6 oyunun altısından da qalib ayrılan Fərhad Fərhadlı zirvənin yeganə sahibidir.Altay Eynullayev,Mirmusa Feyziyev,Tunar Sultanov,Uğur İlyaslı və Fərhad Məmmədəliyev hərəyə 5.5 xal toplayaraq liderdən yarım xal geri qalırlar.

Olimpiada isveçre sistemi üzrə 11 turdan ibarət keçirilir və iyulun 16 -də başa çatacaq.

Xəbər 944 dəfə oxundu.