"Zirə" "Sumqayıt"ın kapitanı ilə müqavilə imzaladı
Yeni mövsümə hazırlıqlarını davam etdirən “Zirə” daha bir futbolçunu heyətinə cəlb edib. Klubun mətbuat xidmətindən verilən məlumata görə “Sumqayıt”ın kapitanı Ruslan Poladovla razılıq əldə olunub. Sabah 36 yaşlı müdafiəçi ilə müqavilə imzalanacaq.

Qeyd edək ki, Poladov “Zirə”nin yay transfer pəncərəsində heyətinə qatdığı 15-ci futbolçudu

Xəbər 772 dəfə oxundu.