“Qəbələ”nin mütəxəssislərinə sertifikatlar təqdim olunub
“Qəbələ” idman klubu tərəfindən futbol meydançalarının ot örtüyü üzrə mütəxəssisləri üçün təşkil olunan kursları bitirənlərə sertifikatlar təqdim olunub.

Qəbələdə təşkil olunan tədbirdə klubun futbol direktoru Toni Adams, Futbol Akademiyasının direktor müavini Nail Kərimov və ingiltərəli mütəxəssis, uzun müddətdir “Qəbələ”də fəaliyyət göstərən Filip Şarples kursların əhəmiyyətindən və bu sahəyə diqqətdən danışıblar.

Sonra 15 aylıq kursları başa vurub, imtahanları uğurla yekunlaşdıranlara İngiltərədəki Ot Örtüyü üzrə Mütəxəssislər İnstitutunun (Institute of Groundsmanship) xüsusi sertifikatları təqdim olunub.

Xəbər 906 dəfə oxundu.