Fariz Nəcəfov: "Bir hücumçu ilə danışıq aparırıq"
"Qəbələ"nin vitse-prezidenti Fariz Nəcəfov Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində Gürcüstanın "Dinamo" (Tiflis) klubu ilə cavab görüşündə qazandıqları qələbəni (2:0, ilk oyun 1:2) şərh edib.

O, bunları dilə gətirib: "Hər iki oyunun çətin keçəcəyini bilirdik. Çünki heyətimiz, futbolçularımız yeni idi. Amma Allaha şükürlər olsun ki, yekunda lazım olan nəticəni qazana bildik və növbəti mərhələyə adladıq. İlk oyunda yeni transferlərdən razı qalmamışdım. Bu oyunda da tam razı qalmadım. Amma növbəti mərhələdə daha yaxşı oynayacaqlarına inanıram. Yeni transferlərə gəlincə, hazırda bir hücumçu ilə danışıqlar gedir. Deyərdim ki, danışıqlar artıq yekunlaşmaq üzrədir".

Xəbər 847 dəfə oxundu.