“Sumqayıt” növbəti yoxlama oyununu keçirib
Premyer Liqanın 2015/2016-cı illər mövsümü üçün hazırlığa start verən “Sumqayıt” futbol klubu növbəti yoxlama oyununu keçirib. Komanda “Kapital Bank Arena”da 19 yaşadək futbolçulardan ibarət milli ilə qarşılaşıb.

Maraqlı idman mübarizəsi şəraitində keçən görüşdə “Sumqayıt” 2:1 hesabı ilə qalib gəlib. Komandada qolları Vurğun Hüseynov və Ağabala Ramazanov vurub.

Qeyd edək ki, “Sumqayıt” FK hazırlığın ilkin mərhələsi dövründə növbəti yoxlama oyununu iyulun 11-də AZAL-a qarşı keçirəcək.

Xəbər 781 dəfə oxundu.