Tale Heydərov: "Komandamla fəxr edirəm"
“Qəbələ”nin prezidenti Tale Heydərov rəhbərlik etdiyi klubun “Dinamo”nu (Tiflis) mübarizədən kənarlaşdıraraq Avroliqanın ikinci mərhələsinə vəsiqə qazandığı oyuna münasibət bildirib. Jurnalistlərə açıqlamasında o, klubu ilə fəxr etdiyini deyib.
“İnanırıq ki, bundan sonra daha yaxşı olacaq. Son dəqiqələrdə hamımız çox həyəcanlı idik. Sevindirici hal o oldu ki, iki qol vurduq. Qələbə qazanmağımız gözəl oldu”.

T.Heydərov bildirib ki, komandası ikinci mərhələyə vəsiqə qazanıb. Onun sözlərinə görə, baş məşqçi istəyəcəyi təqdirdə, yeni futbolçular alınacaq: “Bir neçə oyunçu transfer etmişik. Ehtiyac olarsa, yenə transferlər edərik".

Xəbər 783 dəfə oxundu.