Georgi Nikolov ağladı: "İnter" yaşamalıdır"
"İnter"in prezidenti Georgi Nikolov Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində Albaniyanın "Laçi" klubuna qarşı keçirdikləri cavab görüşünü şərh edib. O, qolsuz bitən (ilk oyun 1:1) görüşlə bağlı bunları söyləyib: "Özünüz də gördünüz ki, yaxşı oyun sərgiləmədik. Amma "İnter" göstərdi ki, o, hələ yaşayır.

"İnter" Azərbaycan futbolunda qalacaq. Bu, bizim cəhənnəmdən çıxmaq yolunda ilk addımımız idi. Komanda ağıllı futbol oynadı. Dəstəyini əsirgəməyən bütün azarkeşlərə təşəkkürümü bildirirəm".


Xəbər 868 dəfə oxundu.