Stolüstü tennis mütəxəssislərimiz mötəbər tədbirə dəvət olunub
İyulun 10–19-u Slovakiyanın paytaxtı Bratislava şəhərində gənclər arasında stolüstü tennis üzrə Avropa birinciliyinə start veriləcək.

Azərbaycanın beynəlxalq dərəcəli hakimləri Zaur Mikayılov, Könül Mikayılova və Fərhad İsmayılov sözügedən yarışda hakim qismində iştirak edəcəklər.

Xəbər 798 dəfə oxundu.