Yasamal rayonu üzrə məhəllələrarası mini-futbol turniri keçirilib
Yasamal rayonu üzrə məhəllələrarası mini-futbol turnirinin final oyunu keçirilib.

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən (BŞGİBİ) 2004-2005-ci illər təvəllüdlü uşaqlar arasında keçirilən turnirin oyunları Yasamal rayonu Haqverdiyev küçəsi 577-ci məhəllədə yerləşən mini-futbol meydançasında təşkil olunub.

Final oyununda “Karvan” “Yasamal” komandasına qalib gəlib.

Tədbirin sonunda qalib komandaların üzvləri Baş İdarə tərəfindən diplom, idman geyimləri və kubokla təltif olunublar.

Xəbər 1010 dəfə oxundu.