16 yaşadək yeniyetmələrin Respublika Şahmat Olimpiadasında 3-cü turun oyunları yekunlaşıb
Zaqatala şəhər Olimpiya - Idman Kompleksində keçirilən 16 yaşadək yeniyetmələrin Respublika Şahmat Olimpiadasında 3-cü turun oyunları yekunlaşıb.

Yarışlar 12 yaşadək idmançılar arasında “B” və 12 yaşdan yuxarı idmançılar arasında “A” qrupları üzrə keçirilir.

A qrupunda 3-cü turda Rüstəm Bünyatov və Susan Məmmədova , Murad İbrahimli və Niyaz Məmmədov qarşılaşmaları brinci tərəflərin qələbəsi ilə başa çatıb. Şəhriyar İsgəndərov və Həzrət Orucov qarşılaşması isə heç-heçə ilə nəticələnib. Mirsadiq Nəbiyev -Vüsal Həsənzadəyə,Cəbrayıl Əsədov isə Ləman Hacıyevaya məğlub olub.

Beləliklə, 3 turdan sonra A qrupunda 8 zəka sahibi- Rüstəm Bünyatov, Murad İbrahimli, Ləman Hacıyeva, Elçin Məmmədli, Nurlan Şükürov, Babək Cəfərli, Vüsal Həsənzadə və Ləman Hüseynova 3 xal toplayaraq liderlik edirlər.

B qrupunda isə 32 şahmatçı 3 oyundan 3 xal toplayaraq 100 faizlik nəticə göstərib.

Olimpiada isveçre sistemi üzre 11 turdan ibarət olaraq FIDE qaydalarma əsasən keçirilir və şəxsi -komanda xarakteri daşıyır.

Turnir iyulun 16 -də başa çatacaq.

Xəbər 816 dəfə oxundu.