2018-ci il futbol üzrə dünya çempionatının püşkatma mərasimi iyulun 25-də keçiriləcək
2018-ci il futbol üzrə dünya çempionatının ilkin püşkatma mərasimi iyulun 25-də Peterburqun Konstantinov sarayında keçiriləcək.

Mərasimin keçirilmə vaxtı və yeri barədə məlumat FİFA-nın rəsmi saytında yerləşdirilib. Yerli vaxtla 18:00-da başlayacaq və iki saat davam edəcək püşkatma mərasimi 100-dən çox ölkədə yayımlanacaq.

Xəbər 772 dəfə oxundu.