“Qarabağ” – “Rudar” futbol oyununun biletləri iyulun 10-dan satışa çıxarılacaq
İyulun 15-də Ağdamın "Qarabağ" futbol klubu Çempionlar Liqasınında ilk sınağına çıxacaq.

Komandamız turnirin ikinci təsnifat mərhələsi çərçivəsində Monteneqronun “Rudar” kollektivini qəbul edəcək. Tofiq Bəhramov adına Respubilka Stadionunda keçiriləcək qarşılaşmanın biletləri iyulun 10-dan satışa çıxarılacaq.

Biletləri Respublika stadionun kassalarında əldə etmək mümkün olacaq. Biletlərin qiyməti 1, 2 və 20 manatdır.

Xəbər 724 dəfə oxundu.