“Zirə”nin U-17 komandası Ramin Həbibova tapşırılıb
“Zirə” futbol klubu yeni mövsümə hazırlığı davam etdirir.

Əsas komanda ilə yanaşı, aşağı yaş qrupları üzrə kollektivlər də diqqət mərkəzindədir. Ehtiyat qüvvəyə böyük önəm verən klubun rəhbərliyi U-19-dan sonra U-17-nin də baş məşqçisi ilə müqavilə imzalayıb. Ramin Həbibov “Zirə”nin 17 yaşadək futbolçulardan ibarət komandasının baş məşqçisi olacaq. Mütəxəssis ilə bir illik müqavilə imzalanıb.

Xəbər 746 dəfə oxundu.