"Batumi Kuboku 2015" beynəlxalq şahmat festivalı
Gürcüstanın Batumi şəhırində keçirilən “Batumi Kuboku 2015” beynəlxalq şahmat festivalı davam edir. Festivalda Azərbaycan,Türkiyə, Avstaraliya, Ermənistan, İran, Ukrayna, Qazaxıstan, Özbəkistan və Gürcüstandan 14 qrossmeyster daxil olmaqla 282 şahmatçı iştirak edir. Yarış A, B və 8-10-12 yaşadək uşaqlar arasında keçirilir .Ölkəmzi bu yarışda 60 şahmatçı təmsil edir.

5 turdan sonra B qrupunda mwbarizə aparan təmsilçilərimizdən Toğrul Həsənzadə, Zaur Bayramov aktivlərinə 4 xal yazaraq 7-8-ci yerləri bölüşdürürlər. Andrey Mustafin və Orxan Həsənov da 4 xal toplasalar da əlavə gösəricilərə görə 12-ci və 16-cı pillənin sahibidirlər.

A qrupunda iştirak edən təmsilçilərimizdən Vüqar Rəsulov 3 xalla 15-ci pillədə qərarlaşıb.

12 yaşadək oğlanlar arasında Elşad Quluzadə 3.5 xal toplayaraq 3-7-ci yerləri bölüşdürür.Şahin Hacıyev isə 3 xalla 10-cu yerdədir.Eyni yaşadək qızların yarışında İsmayıl Mələk aktivinə 3.5 xal yazaraq Gürcüstan şahmatçısı Ekaterine Pipia ilə 2-3- cü yerləri bölüşdürürlər.

10 yaşadək oğlanlar arasında həmyerlilərimiz-İbrahim Ələsgərli və Emil Qocayev liderdən yarım xal az toplayaraq 4 xalla 4-5-ci yerdədirlər.Murad Musayev isə aktivinə 3 xal yazaraq ilk onluqdadır.

Raul Muxtarov 8 yaşadək oğlanların yarışında 5 oyundan 4 xal toplayaraq ikincidir.Xumar Məhərrəmova isə 4 xalla 8 yaşadək qizlar arasında 2-ci pillənin sahibidir.

Yarış isveçrə sistemi ilə 9 turdan ibarət keçirilir və iyulun 10-da başa çatacaq.

Xəbər 830 dəfə oxundu.