Futbol üzrə Azərbaycan millisinin məşqçiləri avrokubok yarışlarını izləyəcək
Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçkinin göstərişinə əsasən, yığmanın məşqçilər korpusunun üzvləri klublarımızın UEFA Avropa Liqasının ilkin təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçirəcəyi qarşılaşmaları izləyəcəklər.

Elxan Abdullayev “İnter” – “Laçi”(Albaniya) oyununa, Mahmud Qurbanov “Qəbələ” – “Dinamo” (Gürcüstan) qarşılaşmasına baxacaq. Faiq Əzizov isə “Mladost” (Monteneqro) – “Neftçi” oyununu izləmək üçün Podqoritsa şəhərinə səfər edəcək.

Xəbər 688 dəfə oxundu.