Vüqar Həşimovun ad gününə həsr olunmuş 12 yaşadək uşaqlar arasında beynəlxalaq şahmat turniri
İyulun 24-dən avqustun 01-dək Bakı şəhəri Exselsior otelində görkəmli Azərbaycan şahmatçısı, beynəlxalq qrossmeyster Vüqar Həşimovun ad gününə həsr olunmuş 8-10-12 yaşlı uşaqlar arasında beynəlxalq şahmat turniri keçiriləcəkdir.

Turnirdə 8-10-12 yaşa qədər oğlan və qızlar,Dünya və Avropa Çempionatlarının mükafatçıları,Azərbaycan Çempionatının iştirakçıları, və beynəlxalq əmsalı 1700-dən yüksək olan şahmatçılar iştirak edə bilərlər.Yarış isveçrə sistemi üzrə keçirilir və 9 turdan ibarətdir.

Doqquz turdan ibarət olacaq Vüqar Həşimov memorialının qalibi Vüqar Həşimov kuboku ilə təltif olunacaqdır.Eyni zamanda I yeri tutan şahmatçı “Baku Open 2015”, gümüş mükafatın sahibi isə “Naxçıvan Open 2016” beynəlxalq şahmat festivallarında qalmaq və yeməklə təmin olunacaqlar.

Hər yaş qrupunun qalibləri(oğlan və qız) qiymətli hədiyyələrlə,medallarla və diplomlarla təltif olunacaqlar.

Xəbər 847 dəfə oxundu.