“Sumqayıt” FK “Kəpəz”lə yoxlama oyunu keçirib
Premyer Liqanın 2015/2016-cı illər mövsümü üçün hazırlığa start verən “Sumqayıt” futbol klubu ilk yoxlama oyununu keçirib. Komanda “Dalğa Arena”da “Kəpəz”ə minimal hesabla məğlub olub.

Komanda hazırlığın ilkin mərhələsi dövründə daha 2 yoxlama oyunu keçirəcək. Aqil Məmmədovun rəhbərlik etdiyi komanda iyulun 9-da U-19 millisi, 11-də isə AZAL-la üz-üzə gələcək.

Xəbər 874 dəfə oxundu.